• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2405
— 18.04.2021 19:23

Qazaxda maşın aşıb, xəsarət alanlar var

KepezTV Player

Qazaxda yol qəzası olub. Şıxlı kəndində “VAZ 2107” markalı minik maşını idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. Qəza zamanı 19 yaşlı Qasımzadə Elcan Nadir oğlu və 18 yaşlı Məmmədov Ruzi Şükür oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki xəstənin vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.