• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2066
— 18.04.2021 19:34

Başlıbel sakinlərinin başına gələn bəlanın ildönümüdür

KepezTV Player

Dağlara çəkilib kahalara sığındılar, amma cəmi 18 gün gizli yaşaya bildilər. Bu gün Başlıbel faciəsindən 28 il ötür. 1993-cü il aprelin əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilmədi. Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsa da, buna nail ola bilmədi. 9 nəfər yolda qətlə yetirildi, 5 nəfər girov götürüldü. Qalan 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışdılar. Lakin aprelin 18-də erməni silahlı birləşmələri Başlıbel sakinlərinin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdi. Dinc sakinlərdən 18 nəfər qətlə yetirildi, 14 nəfər girov götürüldü. Sağ qalan 30 nəfər sığınacaq yerini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirdi. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa bildilər. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda mühasirə həyatını davam etdirib.

***