• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1815
— 17.04.2021 21:57

Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün addım

KepezTV Player

Şəhidlər ölməz, vətən bölünməz. Əldə etdiyimiz zəfər illər, əsirlər keçsə də tariximizdə şanlı səhifə olaraq qalacaq. Bu qalibiyyəti əbədiləşdirib gələcək nəsillərə ötürmək isə yaradıcı insanların üzərinə böyük bir məsuliyyət qoyur. Əməkdar rəssam Şərif Şərifov yaradıcılığında qələbə, eləcə də Qarabağ müharibəsi mövzularına üstünlük verərək Gəncə şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidə kompleksinin eskizini hazırlayıb.

Şərif Şərifov  Əməkdar rəssam: Qələbə mövzusudur. Sözsüz Azərbaycan qələbəsi, Azərbaycan sənətində öz yerini tapsın,  həkk olunsun və yaddaşlarda qalsın. Bu bizim börcumuzdur, bu salnamələrə köçməlidir. Bu mövzu tarix kimi Azərbaycan öz sözünü, salnaməsini, mövzusunu burada göstərməlidir. Bu həm də Azərbaycan xalqının, dövlətçiliyinin tarixidir.

Məhz elə bunun üçün də əməkdar rəssam  Gəncəli şəhidlərin xatirəsinə həsr etdiyi abidə kompleksinin eskizini hazırlayıb. Kompazisiyanın əsas mövzusu qələbədir. Şərif Şərifov bununla Gəncədən Birinci Qarabağ və 44 günlük vətən müharibələrinin qəhrəmanları, həmçinin ermənilərin Gəncəni raketlərlə vurması nəticəsində həlak olan dinc sakinlərinin xatirəsinə ehtiram nümayiş etdirib. Kompazisiyada 18 metr hündürlüyündə üç rəngli bayrağımız, 3 metr hündürlüyündə bütöv Azərbaycanın xəritəsi və onun önündə qələbə rəmzi olan Azərbaycan əsgəri obrazı yaradılıb.

Şərif Şərifov Əməkdar rəssam:  Bu mövzular görünməlidir, gələcək nəsil üçün də yaddaş kitabıdır. Ona görədə bu mövzuları möhtəşəmliklə göstərməliyik, xalqa çatdırmalıyıq. Qarşıda qoyulan o bulaqlar bizim adətimiz olan ayinlərdən gəlib. Həmişə şəhidlərin xatirəsinə bulaqlar tikilib. Oradan gəlib su dolduranda da ritual olaraq deyirlər ki, Allah rəhmət eləsin. Bu mövzular abidəni bir daha doğmalaşdırıb, xəlqiləşdirir. Onun şəhərimizin, xalqımızın ayrılmaz hissəsi olaraq saxlıyır.

Gəncə şəhidlərinin şəkillərinin əksini tapacağı layihənin şəhərin İstiqlal parkında abidə olaraq reallaşdırılması planlaşdırılır.

Şərif Şərifov Əməkdar rəssam: İstiqlal özü azadlıq deməkdi. Bu da bir növ Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərimizdir. Mövzu eynidir, Azərbaycan xalqı, dövlətçiliyi və onun bütövlüklə saxlanması onun yad ellilərdən xilas olunması və bu mövzuları mən birləşdirib həmin parkın bir də təkmilləşdirilməsinə onun bir daha yeni baxımdan görünməsinə çalışmışam.

Vətən müharibəsindəki qələbədən ruhlanan əməkdar rəssam vətən, xalq,  dəmir yumruq, Azərbaycan əsgəri obrazları kimi 20-ə yaxın mövzu üzərində yaradıcılıq işləri aparır.

Elnur Vahidoğlu