• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1685
— 17.04.2021 15:48

Gənclər Nizami məqbərəsini ziyarət ediblər

KepezTV Player

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar günlə əlaqədar, həmçinin 2021-ci ilin Nizami ili elan edilməsi ilə bağlı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə bir qrup gənc Nizami Gəncəvinin məqbərəsini ziyarət edib. Karantin qaydalarına uyğun şəkildə baş tutan gəzintiyə Gəncə Maarif Evinin və tələbə gənclər təşkilatının 20-ə yaxın fəal üzvü qatılıb. Ekskursiya zamanı dahi şairin Xəmsəsinə daxil olan əsərlərini əks etdirən kompoziyaların qarşısında bələdçilər tərəfindən gənclərə geniş məlumat veriblər. Eləcə də Nizami Gəncəvinin qəbirüstü abidəsində onun həyat və yaradıcılığı haqda ətraflı danışılıb.