• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 17.04.2021 12:15

Gəncədə dairəvi hərəkətin təşkilini pozanlar cərimələndi

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin  əməkdaşları şəhər daxilində Yol Hərəkəti Qaydalarına riayət edilməsi məqsədi ilə mütəmadi olaraq reydlər keçirirlər. Şəhər ərazisində baş verən qəzalar, o cümlədən törədilən qayda pozuntuları hər zaman araşdırılır və sürücülər bu istiqamətdə maarifləndirirlir. Sonuncu belə reyd şəhər ərazisindəki, dairəvi hərəkət təşkil olunan yol ayrıclarında sürücülərin hərəkət üstünlükləri ilə bağlı olub. Dairəvi hərəkət olan yerlərdə tez-tez yol nəqliyyat hadisələri baş verdiyinin şahidi oluruq. Buna görə də nəqliyyat axınlarının kəsişdiyi yerlərdə keçmə növbəliliyini müəyyən etməklə hərəkətin təhlükəsizliyini təmin etmək üçün bu cür reydlərin təşkili böyük əhəmiyyət daşıyır. Yoxlamalar zamanı qaydaları pozanlar inzibati xətaya görə cərimələniblər. Reyd zamanı 20-yə yaxın sürücü barəsində protokol tərtib edilib.