• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 17.04.2021 12:06

Döyüş sursatları aşkar edilib

KepezTV Player

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 118 minaatan mərmisi və 181 ədəd minaatan mərmisinə məxsus partladıcılar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.