• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 17.04.2021 12:01

Alban-Udin dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər

KepezTV Player

Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udin dini icması üzvlərinin azad olunan ərazilərə növbəti səfəri başlayıb. İcma üzvləri Xocavənd rayon Tuğ kəndinə yollanıblar.

Səfər çərçivəsində dini icma üzvləri Tuğdakı qədim alban məbədini ziyarət edəcəklər. Dini icma alban məbədində Pasxa bayramı münasibəti ilə uzun illərdən sonra ilk dəfə dini ayin icra edəcək.

Qədim Azərbaycan kəndi olan Tuğ kəndi dini-tarixi abidələrin zənginliyi ilə seçilir. Bu baxımdan burada belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ermənilər işğal dövründə Tuğ kəndi ərazisində yerləşən qədim alban məbədində saxtakarlığa əl atıblar, öz yazılarını oraya əlavə ediblər və bu məbədi "özününküləşdirməyə" çalışıblar. Alban-Udin xristian dini icması üzvləri daha əvvəl Kəlbəcər rayonundakı Xudavəng monastırını və Laçın rayonundakı Ağoğlan məbədini ziyarət ediblər.