• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 17.04.2021 11:59

Minaya düşərək şəhid olan əsgər dəfn edilib

KepezTV Player

Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşərək yaralanan əsgəri və dünən şəhidlik zirvəsinə ucalmış Bayramov İlkin Bayram oğlu dəfn edilib. Mərhum doğulduğu Ağstafa rayonunun Pirli kəndində torpağa tapşırılıb. Dəfndə rayon ictimaiyyətinin nümayəndələri, müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri, hərbçi yoldaşları, yaxınları və rayon sakinləri iştirak ediblər. İlkin Bayramov Suqovuşanda azad edilən ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı mina partlaması nəticəsində xəsarət almışdı. O, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin ötən ilin dekabrın 30-da imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.