• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2272
— 16.04.2021 20:19

Ali təhsili yarımçıq qalan şəhidimiz

KepezTV Player

Şəhidlər haqqında yazılanlar gənc nəsil üçün təkcə qəhrəmanlıq numunəsi deyil, həm də Vətənə sədaqətdi. Buna görə də şəhidlərdən həmişə qürurla, sevgi ilə, kövrəkliklə danışırıq. 2000-ci il təvəllüdlü, Ali təhsillini yarımçıq qoyan Elməddin Mürsəlzadədən sujet hazırlamışıq, gətiririk ekranlara.

Şəhid Elməddin 2000-ci ilin yayında dünyaya göz açmışdı. 2017-ci ildə orta məkəbi bitirib Gəncə Dövlət Universtitetinə qəbul olub, qiyabi təhsil alırdı. Lakin vətən ona, anadan da, ailədən də elə təhsildən də üstün oldu. Ən ali zirvəyə yüksələn şəhid atası Cəsur bəy də oğlu ilə fəxr edir.

Şəhidimiz ən çox anasına bağlı idi. Əfsanə xanım deyir ki, oğlum sağ salamat gəlsəydi elçi gedəcəydim. Məktəb vaxtında bir qıza sevdalı idi...

Elməddinin tək arzusu bacısının oxuması idi. Özü necə ali məktəbə qəbul olmuşdusa bacısını da təhsilli görmək istəyirdi.

İgidimiz ölümündən sonra Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə və Vətənə xidmətə görə medallarına layiq görülüb.