• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1137
— 16.04.2021 16:25

"Cücələrim"lə dünyaya səs salan bəstəkar

KepezTV Player

Gəncədə görkəmli bəstəkar Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub. Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq keçirilən anım mərasimi bəstəkarın şəhərin Filarmoniya bağındakı məzarı önündə baş tutub. Qəmbər Hüseynli yaradıcılığından, onunla bağlı xatirələrdən söz açılıb. Bəstəkarın "Cücələrim" mahnısının dünyanın 148 xalqının dilinə tərcümə olunduğu xatırladılıb. Qəmbər Hüseynlinin 105 illiyi ilə əlaqədar olaraq doğulub böyüdüyü evin fasadındakı barelyefin dəyişdirilərək, yenisi ilə əvəz olunduğu vurğulanıb.

Kəmalə Tağızadə - Əməkdar artist: Qəmbər Hüseynli haqqında illərlə də danışsaq belə dahi sənətkarlardan biz yorulmarıq. Onun cücələrim mahnısı 60 ildən çoxdur ki, bütün xalqların dilində əzbərdir, bütün xalqlarda səslənilir. Uşaqdan soruşanda ki, hansı mahnını billirsən deyir ki, cücələrim. Mən 4 saylı uşaq musiqi məktəbində dərs zamanı ilk gələn tələbəyə cücələrim mahnısını öyrədirəm.