• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1975
— 16.04.2021 15:33

Gəncəyə raket atılması nəticəsində yaxını ölən qadının fotosu birinci oldu

KepezTV Player

Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində yaxınının ölüm xəbərini alan qadının fotosu Türkiyədə birinci seçilib. Qadının raket atəşi nəticəsində yaxınının ölüm xəbərini alması anını “Sabah” qəzetinin müxbiri Uğur Yıldırım əbədiləşdirib. Bu foto Türkiyədə “İlin media fotosu” nominasiyasının qalibi olub. Şəkil 5188 foto arasından seçilib. Bununla yanaşı, Yıldırım Vətən müharibəsində çəkdiyi fotolarla ilin fotoreportajı nominasiyanının ikincisi olub, Şuşa zəfərindən sonra çəkilən sevinc fotolarıyla xüsusi mükafata layiq görülüb.