• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 16.04.2021 12:20

"Təmiz hava" aylığı çərçivəsində reyd keçirilib

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində Göygöl rayonunda nəqliyyatın sıx olduğu yerlərdə birgə reyd təşkil ediblər. Məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə atmosferin çirkləndirilməsinin qarşısını almaq olub. Rayonun müxtəlif ərazilərində təşkil edilən yoxlamalar zamanı bir daha sürücülərin diqqətinə çatdırılıb ki, avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismar etməlidirlər. Reyddə standartlara cavab verməyən bir neçə nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati qaydada tədbir görülüb. Bu cür reydlər ay ərzində mütəmadi olaraq keçiriləcək.