• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 16.04.2021 12:15

Bu il Vətən müharibəsi əlilləri və şəhid ailələrinə 3000 mənzil veriləcək

KepezTV Player

Prezident İlham Əliyevin müharibə əlilləri və şəhid ailələrinin mənzil təminatı ilə bağlı sərəncamı çərçivəsində 11 min nəfərin mənzil və fərdi evlərlə təminatı nəzərdə tutulur. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Sosial saat” verilişində Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib. Bu il Vətən müharibəsi əlilləri və şəhid ailələrinin üzvlərinə bir neçə yaşayış kompleksindən 3000 mənzil veriləcək, eyni zamanda fərdi evlərin tikintisinə başlanılıb. Ötən il vətəndaşlara 790 fərdi ev verilib, bu il isə 450 fərdi evin tikintisi nəzərdə tutulub. Artıq aidiyyəti qurumlara həmin şəxslərin torpaq sahəsi ilə təmin olunması üçün müraciətlər olunub. Prosedurlar həyata keçirilir, qısa müddət ərzində tikintilərə başlanılacaq”.