• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 15.04.2021 21:35

15 aprel ilk elektron kalkulyator hazırlanıb

KepezTV Player

Texnologiya olmasa bir anlıq nə olardı? Onu daim isifadə edirik və hər gün etdiyimiz demək olar ki, bütün işlərdə bizə yoldaşlıq edir.  Enerjimizə, vaxtımıza qənaət edən və həyatımızı asanlaşdıran belə alətlərdən biri də kalkulyatrdır.

Kimilərinin üzünü güldürən, kimilərinin hirsini çıxdığı bu alət mexaniki kalkulyator və ya hesablama maşınının elektron versiyası ilk dəfə 1970- ci ilin bu günü Yaponiyada  hazırlanıb. Həyatımız üçün zəruri olan bu cihaz hesabın əsas əməliyyatlarını yerinə yetirmək, gündəlik xərclərimizi hesablamaq və bir çox iş sahələrində aparıcı cihazlarından biridir.

şəhər sakini: Bəli kalkulyatordan işimlə əlaqədar olaraq istifadə edirəm. Demək olar ki, hər gün istifadə edirəm. Müəyyən hesabatlarımı aparıram orda.

şəhər sakini: Kalkulyatordan müəyyən mənada istifadə edirəm vaxtaşırı. Bəzən olur ki, nəvələrimin hesablaması olur, düz yazdıqlarını yoxlamaq üçün riyaziyyatdan, cəbrdən olan misalları öyrənmək üçün istiafdə edirəm.

İlk mexaniki kalkulyator isə 1642-ci ildə icad edilib. Riyazi hesablamalarda vaxta qənaət etmək və insan səhvlərinin aradan qaldırılması üçün istifadə edilən bu cihaz şagirdlər üçün də əlverişlidir. Hətta daha müasir standartlara cavab verən kalkulyator da var ki, şagirdlər riyazi misalları burada yerinə yetirirlər.

Dərya Namazova şagird: Müasir həyatı rəqəmlərsiz və hesablamalarsız təsəvvür eləmək olmaz. Bu zaman da kalkulyator bizim zəruri və pratik alətimizə çevrilir. Mənim olimpik suallarda 10000- də birlərlə, 100000- də birlərlə işlədiyimi nəzərə alsaq, qələm və dəftər necə zəruridirsə kalkulyator da mənim həyatım üçün o qədər zəruridir. Hətta artıq hər şey inkişaf etdiyi kimi kalkulyatorların da inkişaf etməsi şagirdlər üçün çox sevindiricidir. Çünki biz artıq 4 dərəcəli tənlikləri artıq hesablamırıq, kalkulyator vasitəsilə rahatlıqla hesablamaq olur. Qrafiklərin qurulmasında, xüsusi triqonometrik biliklərdə  artıq uşaqların vaxt itkisi demək olar ki, olmur.

Müəllimlərin fikrincə isə kiçik hesalamalarda olmasa da, həlli uzun zaman tələb edən hesablamalarda vaxta qənaət üçün kalkulyatordan istifadə eləmək olar.

Şahnaz Namazova müəllim: Məndə bir riyaziyyat müəllimi kimi şagirdlərimin kalkulyatordan istifadə eləməsinə icazə verirəm. Ümumiyyətlə belə bir dərs var riyaziyyatda, kalkulyatorla iş, kalkulyatordan necə istifadə eləmək lazımdır. Müasir kalkulyatorlar xüsusilə praktikdirlər. Uşaqlar hətta triqonometrik funksiyalarda belə kalkulyatorla hesablayıb nəticələri alırlar. Böyük hesablamalarda vacib deyil ki, şagird onun hamsını beynində  və ya qələmlə həll eləsin kalkulyatorla da istifadə eləmək olar. Riyaziyyat elə bir fəndi ki, insan elmi bilməlidi, misalın gediş yolunu, həllini bilməlidi. Kalkulyatordan istifadə eləməkdə məncə elə böyük bir problem yoxdu, mən icazə verirəm.

Tural Əbilov  müəllim: Mənim dərs dediyim uşaqlar aşağı sinif şagirdləri olduğu üçün onların beyinlərinin inkişaf eləməsi üçün və riyazi biliklərinin  artırılması üçün mən dərs müddətində kalkulyator və digər hesablayıcı vasitələrdən istifadə etməklərinə icazə vermirəm. Ümid edirəm bu onların gələcəyi üçün vacib məsələdir.

Kalkulyator təkcə şagirdlər üçün  deyil, həm də digər sahələrdə çalışan insanlar üçün də lazımlı ləvazımatlar arasındadır.

Ümid İsgəndərov bank işçisi:Kalkulyatordan demək olar ki, bzi gündəlik istifadə edirik bizim işimizin əsas parçasıdır. Əsasən riyazi hesablamalarda istifadə edirik və hesablamaları sonradan kompyuterə daxil edirik. Belə deyərdim ki, kalkulyator olmasa bizim işimizdə çox böyük çətinliklər yarana bilər. Ofis ləvazimatı kimi ən lazımlı olan ləvazimatlardan biridir

Vəfa Şairova baş redaktor: Bu stolda ən vacib əşyalardan biri məhz kalkulyatordır. Ən çox iqtisadi xəbərlərdə rəqəmlərin hesablanmasında, düzgünlüyün yoxlanmasında istifadə edirik. Birdə görürsüz beyin o qədər yorğun olur ki, ən elementar rəqəmləri belə hesablamaqda çətinlik çəkirik və həmən əl atırıq kalkulyatora və o bizim köməyimizə çatır. Birdə kreditlərimizi hesablayanda ondan istifadə edirik.

İlahə Əliyeva anbardar:Kalkulyator bildiyimiz kimi gündəlik həyatımızın bir parçasına çevrilib. Məndə öz sahəmdə kalkulyatordan çox istifadə edirəm. Özüm təsərüfatçı oluğum üçün aldığım məhsulları kalkulyator vasitəsilə hesabladıqdan sonra, kompyuter sisteminə yerləşdirirəm və həmçinin  kompyuterin özündə, beyində olan kalkulyatordan da istifadə edirəm.

Müasir dövrdə informasiya kommunikasiya texnologiyalarının inkişafı ilə kalkulyatorun köməyindən onlayn şəkildə daha geniş istifadə edirik. Beləliklə kalkulyatordan istifadə imkanları və sahələri də genişlənir. Məsələn treyderlər və bir çox investorların rəqəmsal aktivlərə edilən investisiyanın maliyyə nəticəsini tez bir zamanda təxmin etməsinə kömək olan kripto-kalkulyator anlayışı da son zamanlara aiddir. Beləliklə görünən odur ki, kalkulyator həyatımızı, işlərimizi asanlaşdıran lazımlı, önəmli bir icaddır.