• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 15.04.2021 16:00

Ölkəmizdə 77,6 milyon ədəddən çox tibbi maska satılıb

KepezTV Player

Azərbaycanda pandemiya başlayandan bu günə kimi istehsal olunan tibbi maskaların sayı açıqlanıb. İndiyədək ölkəmizdə 38,6 milyondan çox tibbi maska istehsal edilib.2020-ci ilin 5 mart tarixindən ilin sonunadək ölkəyə təqribən 26,7 milyon ABŞ dolları dəyərində tibbi maska və respirator gətirilib. Ölkə ərazisində fəaliyyət göstərən əsas aptek şəbəkələrində 77,6 milyon ədəddən çox tibbi maska satılıb. Hazırda satış müəssisələrinin depolarında 4,1 milyon ədəd tibbi maska var. Dünyanı koronavirus təhlükəsinin bürüdüyü bir vaxtda qısa zamanda Azərbaycanda tibbi maska istehsalı təşkil olunub, ölkəmizdə müasir dövrün çağırışlarına cavab verən infrastruktur formalaşdırılıb, əhalinin tibbi maskaya tələbatı təmin edilib.