• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1586
— 15.04.2021 15:56

Virusun uşaqlarda yarada biləcəyi fəsadlar

KepezTV Player

Koronavirusa yoluxan uşaqlarda gələcəkdə müxtəlif fəsadlar yarana bilər. Baş pediatr Nəsib Quliyev azyaşlıların koronavirusa yoluxması ilə bağlı danışarkən belə deyib. Bildirib ki, uşaqlarda çox vaxt virusun simptomları özünü büruzə vermədiyi üçün, valideynlərdə arxayınlıq yaranır.

Nəsib Quliyev Baş pediatr: Bu gün uşaqlar arasında dünyada ən ağır fəsad olan kovasakes sindromu deyilən bir xəstəlik var. O sindrom ona bənzər bir sindromun əmələ gəlməsidir. tibb dilində ona hipersitekinomiya deyirlər. Yəni, hesab edin ki, uşaq orqanizmində iltihabla bağlı olan bioloji aktiv maddələrin tufanı baş verir. Tufan şəklinə gəlib çıxır bu da insan orqanizmində o cümlədən uşaqlarda cürbəcür ağır fəsadlar törədir. Kiçik qan damarları tamlığını itirir, qansızmalar və səpkilər müşahidə olunur. Və digər fəsadlar müşahidə oluna bilir. Hətta uşaqlar tələf ola bilir bu xəstəliyin fəsadından.