• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 15.04.2021 15:50

“Zəfər yolu”nun sentyabradək istifadəyə verilməsi planlaşdırılır

KepezTV Player

Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun inşası davam etdirilir. “Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir.