• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2152
— 15.04.2021 15:48

Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir

KepezTV Player

Azərbaycan Ordusunun bütün hərbi hissələrində hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir, onlara müxtəlif nəzəri və praktiki məşğələlər keçirilir. Müdafiə Nazirliyinin məlumatına görə, məşğələlərdə gənc əsgərlərə hərbi intizam qaydaları öyrədilir, sıra vərdişləri formalaşdırılır və təkmilləşdirilir. Hərbi qulluqçuların fiziki hazırlığına da xüsusi önəm verilir. İdman şəhərciklərində şəxsi heyətlə fiziki hazırlıq üzrə dərslər keçirilir.Azərbaycan Ordusunda günün nizam qaydasına uyğun olaraq hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirməsi üçün hərbi hissələrdə istirahət guşələri, ideoloji otaqlar mövcuddur.