• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 15.04.2021 12:10

Tovuzda orta məktəbin 2 sinfi bağlanıb

KepezTV Player

Tovuz rayonunda orta məktəbin 2 sinfi distant təhsilə keçib. İsakənd tam orta məktəbində bir nəfər müəllimdə COVID-19 testinin cavabları pozitiv çıxıb. Bu səbəbdən müəllimin dərs dediyi iki sinif bağlanıb. Şagirdlər müvəqqəti olaraq onlayn təhsil alacaqlar. Məktəb rəhbərliyi tərəfindən şagirdlərin valideynləri məlumatlandırılıb, sinif otaqları xüsusi məhlullarla dezinfeksiya edilib.