• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1646
— 15.04.2021 15:20

“Ermənistan nə özünə, nə də tarixinə güvənir”

KepezTV Player

“Qondarma “erməni soyqırımı” ilə bağlı Ermənistana ortaq komissiya yaratmaq barədə təklif vermişdik. Ermənistan nə özünə, nə də tarixinə güvənir, əksinə propaqandaya üstünlük verir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib. ABŞ-ın yeni administrasiyası tərəfindən 24 aprel-qondarma “erməni soyqırımı”na hansı reaksiyanın olacağına dair suala cavabında nazir qeyd edib ki, deyiləcək hər hansı bir sözlə tarix dəyişməyəcək.