• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 14.04.2021 21:45

Eşqin Tağıyev torpaqlarımızın bütövlüyünü hər şeydən üstün tutub

KepezTV Player

Şəhidlər -müqəddəs and yerimiz olan Şəhidlər xiyabanının zinəti, lakin əbədiyaşar sakinləridir. Onları hər zaman diqqət mərkəzində saxlamaq isə mənəvi borcumuzdur. Torpaqlarımızın azadlığı üçün canını qurban verən şəhidlərmizi qəlbimizdə əbədi, ölməz insanlar kimi yaşadacağıq.  Bu gün isə qəlbimizdə taxt quran daha bir qəhrəmanımızı- Eşqin Tağıyevi tanıdacağıq sizlərə.

Eşqin Tağıyev 2017-ci ildə həqiqi hərbi xidmətini bitirdikdən sonra, 2018 ci ildə müddətdən artıq həbi qulluqçu kimi yoluna davam edir. 2020-ci ilin əvvələrində isə xüsusi təyinatlı qüvvələrdə gizir olaraq fəaliyyət göstərir. Uşaqlıqdan dayısı ilə böyüyən Eşqin Tağıyev torpaqlarımızın bütövlüyünü, vətənin  azadlığını hər şeydən, hər kəsdən üstün tutur.

Firdovsi Hümbətov  şəhidin dayısı:Biz uşaqlıqdan Eşqinlə bir yerdə böyüdük. Yaşca aramızda fərq olmasına baxmayaraq qardaş kimi idik. Dərdimiz sirimiz bir idi. Eşqin balaca vaxtdan çox mehriban, qayğıkeş ailədəkiləri çox isdəyən sözə baxan uşaq idi. Balaca vaxtdan hərbiyə marağı var idi. Hətta Eşqini mən çalışırdım ki, deyirdim ki, universitetə girəsən oxu, davam elə. Eşqin universitetə düşdüyü illərdə də dedi “dayı getməyəcəm”. Mən bilmədən də hətta universitetə gedib xitam eləmişdi.

Eşqin Tağıyev sakit təbiəti, tərbiyəsi ilə hamıya örnək idi. Hərb sahəsinə marağı isə uşaqlıqdan başlamışdı.

Dursun Hümbətova şəhidin anası:Hələ 2- 3 yaşından taxtadan tapança düzəldib atırdı. Məktəbə gedəndə də gözəl, ağıllı, sakit, məktəbdə əlaçı idi.  Əsgərlikdən gəldikdən sonra yenə dayanmadı, dedi yenə qayıtmalıyam vətənə.

Qəhrəmanımızın son danışığı oktyabrın 27-sində olub. Döyüş əzmini bir an belə itirmədiyini və qələbəyə inandığını söyləyən igid oktyabrın 31-də ən uca məqama, şəhidlik zirvəsinə yüksəlib.

Dursun Hümbətova şəhidin anası: Axırıncı dəfə soruşanda dedi Şuşaya gedirik. Çıxandan sonra sənə zəng edəcəm. Gözlədim səs-səmir çıxmadı. Birdə zəng gəldi ki,şəhid olublar.

Polad Tağıyev şəhidin dostu: Döyüşlər haqqında bəzi şeylər soruşurduq ondan, sadecə o bizə narahatçılıq vermirdi. Həmişə deyirdi ki, mən burda yaxşıyam, məndən narahat olmayın. Danışırdıq həmişə deyirdi ki biz torpaqları alacağıq, ondan ötrü çalışırıq ki, torpaqlarımızı geri qaytaraq.

Namiq Əhmədov şəhidin dostu:Onun döyüş yoldaşları onun göstərdiyi cəsarətdən danışırlar. Mən düşünürəm ki, insanın içində insan yaşayırmış sanki. O içində bir hirs böyüdürmüş, qisas yaşadırmış. Sadecə fürsət gözləyirmiş, bütün şəhidlərimiz kimi, bütün qazilərimiz kimi. Və onunla da yaşadı, o hisslə də şəhid oldu. Düzdür şəhidlər ölmür şəhidlər bizim aramızdadırlar. Ruhən bizim yanımızdadırlar. Və bu gün bütün xalqların qarşısında “mən Azərbaycanlıyam” deməyə sözün əsl mənasında bütöv xalqın hamısının ixtiyarı var ona görə ki, bu xalqın elə qeyrətli,döyüşdə cəsarət göstərən oğulları var.

İndi Eşqini tanıyanlar da, şəhadətindən sonra adını eşidənlər də onunla fəxr edir.

Nailə Hümbətova şəhidin xalası: Eşqinlə fəxr edirik. Eşqin bizim başımızın tacıdır. Eşqin bizi seçmədi torpaqları seçdi, hərbiyə ürəyi var idi, həmişə deyirdi mən hərbidə olacam. Eşqin ilə fəxr edirik.

Məlahət Hümbətova şəhidin xalası: Mən Eşqinlə fəxr edirəm. Elə bilirəm ki, öz qardaşımdı, bacı oğlu bilmirəm. Şəhidlərimizin hamısının analarına səbr versin, mənim bacım Dursun da oların içində.

Vətənin cəsur oğlu Eşqin Tağıyev ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə “ və “Cəbrayılın azad olumasına görə” medalları ilə təltif olunub.

Aişə Rzayeva