• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2182
— 14.04.2021 16:08

İtaliya parlamentinin nümayəndələri müharibədə zərər görən ərazidə olublar

KepezTV Player

İtaliya parlamentinin nümayəndələri Gəncə şəhərinə səfər ediblər. Qonaqlar Ermənistanın raket hücumuna məruz qalmış ərazilərlə tanış olublar. Appeninli nümayəndələr erməni terroru nəticəsində həlak olanların ruhuna hörmət əlaməti olaraq əraziyə güllər düzüblər. Onlara düşmənin mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı ətraflı məlumat verilib.

Vito Petroçelli - İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının sədri: Mən 44 gün ərzində baş verənləri öz gözlərimlə görmək üçün bura gəlmişəm. Bir daha xatırladırıq ki, bizim ölkələr arasında dostluq əlaqələri var. Azərbaycanın bu müharibədəki mövqeyini dəstəkləyirəm. Bunu eyni zamanda, BMT-nin qətnamələri də təsdiqləyir. Bütün dünya COVID -19 pandemiyası ilə bağlı çox ağır dövr keçirməkdədir. Bu dəqiqə dünyada baş verən hadisələrlə bağlı hər bir ölkənin vətəndaşlarının öz dövlətlərindən yalnız iki tələbi var. Birincisi, sağlamlığın müdafiəsi, ikinci isə həyat tərzinin yüksək səviyyədə saxlanılmasıdır. Bütün ölkələrdə tələb olunan iki bənddir, Azərbaycanda isə iki bəndə üçüncünü də əlavə etmək olar. Bu da uzunmüddətli sülhdür. Bu, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Burada gördüklərimin hamısı məndə böyük məyusluq hissi yaradır. Mənim qəlbimi sıxır, yaralayır. Ümid edirəm ki, Azərbaycan bundan sonra da çiçəklənəcək, sülh olacaq.