• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 14.04.2021 11:58

Yol polisi reyd keçirib

KepezTV Player

Dövlət Yol Polisi qərb bölgəsində reydləri davam etdirir. Bu dəfə Qazax, Ağstafa və Tovuzda asayiş keşikçiləri qanunu pozan sürücü və piyadalara qarşı yoxlamalar aparıblar.

Qazax rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən qəzaların qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər keçirirlər. Növbəti reyd zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Yoxlamalar nəticəsində 20-ya yaxın sürücü məsuliyyətə cəlb edilib. Ağstafa da polis əməkdaşları analoji nəzarət tədbiri təşkil ediblər. Təhlükəsizlik kəmərindən istifadə edilməməsi, avtomobillərin konstruksiyasında dəyişiklik və digər qayda pozuntuları aşkarlanan reyddə sürücülük hüququ olmadan avtomobil idarə edənlərə də rast gəlinib. Görülən qanunamüvafiq tədbirlərlə həmin şəxslər yol hərəkətində iştirakdan kənarlaşdırılıb, avtomobilləri müvəqqəti dayanacağa aparılıb. 15-dən çox inzibati xəta ilə bağlı protokollar tərtib olunub. Yol hərəkəti qaydalarına riayət edilməsinin təmin olunması məqsədilə həmçinin Tovuz polisi yoxlamalar aparıb. Əsasən dayanma-durma, piyada keçidlərindən istifadə, piyadalara yol verilməsi və digər zəruri qaydaların yerinə yetirilməsinə nəzarət edilib. Aşkarlanan qayda pozuntularına dair qanunauyğun şəkildə tədbirlər görülüb. Reyd zamanı həm piyadalar, həm də sürücülər barəsində ümumilikdə 20-dən çox inzibati protokol tərtib edilib.