• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2545
— 14.04.2021 12:05

Hərbi Qənimətlər Parkının saytı istifadəyə verilib

KepezTV Player

Hərbi Qənimətlər Parkının veb saytı istifadəyə verilib. Saytın yaradılmasında məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunmasıdır. İnternet Resursunda özəlliklərdən biri odur ki, ziyarətçilər texnikaların qarşısında yerləşən məlumat tablolarındakı QR kodları "scan" edərək texnikalar haqqında daha ətraflı məlumatı veb sayt üzərindən 1 toxunuşla əldə edə biləcəklər.