• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2249
— 13.04.2021 20:38

Ramazan ayında pandemiya ilə bağlı diqqət olunmalı məqamlar

KepezTV Player

Məlum olduğu kimi sabahdan 11 ayın sultanı ramazan ayı başlayır. 30 gün davam edəcək mübarək ayda cari il pandemiya ilə əlaqədar bəzi qaranlıq qalan məqamlar var ki, qarşıdakı sujetdə onlara aydınlıq gətirmişik.

Bütün müsəlmanların ən müqəddəs ayı sayılan Ramazanda oruc tutmaq ən vacib əməllərdən hesab edilir. Təbii ki, sözügedən əməli yerinə yetirmək üçün insanın sağlamlığı buna imkan verməlidir. Oruc tutan zaman bədən zəifləyir və immunitet aşağı düşür. Belə olan halda koronavirusa yoluxma təhlükəsi artır. Bunu nəzərə alıb demək olar ki, həm virusa yoluxanlar, həm orqanizmi zəif olanlar oruc tutmaqdan çəkinməlidirlər.

Ramazan ayında daha bir fəzilət iftar süfrələridir. Ancaq bu il mövcud vəziyyətlə əlaqədar kütləvi şəkildə iftar məclisləri təşkil etmək yolverilməzdir.

Hazırda ölkədə vaksinasiya prosesi gedir və əksər insanlar oruc tutacaqları təqdirdə vaksik vurdurarlarsa oruclarının pozulacağından qorxurlar. Buna görə narahat olmağa dəyməz. Çünki peyvənd orucu pozmur.

Bu il ölkəmizdə Ramazan ayının 1-ci günü aprelin 14-nə təsadüf edəcək. Hilal aprel 13-ü görünəcəyi üçün həmin gün niyyət axşamıdır. May 13-ü isə fitr bayramı qeyd olunacaq.