• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1935
— 13.04.2021 20:44

Aprelin 15-də buraxılış imtahanları keçiriləcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə, buraxılış imtahanlarının keçirilməsinə başlanılır. İmtahanlar 2 gün ərzində Gəncədə də baş tutacaq. Aprelin 15-i Kəpəz, 16- sı isə Nizami rayonu üzrə təhsil alanların məktəb bilikləri sınanılacaq. Bəs abituriyentlərin imtahanlara hazırlığı, ələlxüsus da psixoloji durumu istənilən nəticəni əldə etməkdə çətinlik yaratmayacaq ki?

Elşad Nağızadə abituriyent:Çoxdandı gözlədiyimiz buraxılış imtahanına artıq sayılı günlər qalıb. Biz də bütün abituriyent yoldaşlarımla bir yerdə özümüzü imtahana hazır hiss edirik. Normaldı ki, imtahana 3- 4 gün qalmış qisməndə olsa imtahan həyacanı hamımızda var. Amma yenə də biz gözləyirik ki, özümüzdə olan bütün ümidləri istər valideynlərimizin, istər müəllimlərimizin ümidlərini doğrultmağa çalışacağıq. Biz hazırıq. İnşalllah heç kimin əziyyəti yerdə qalmaz. Bütün abituriyentlərə uğurlar diləyirəm.

Şövkət Hacıyeva abituriyent : Neçə ildi hazırlaşdığımız, əziyyətlə bu vaxtlara kimi gəldiyimiz imtahan yaxınlaşır, sayılı günlər qalıb. Bütün abituriyentlərə, bütün yoldaşlarıma uğurlar diləyirəm. İnşallah hər kəs istədiyi universitetə istədiyi balla 650+ balla qəbul olar. Heç kəsin əziyyəti yerdə qalmaz. Bu illərdə bizə əziyyət çəkən müəllimlərimizin, valideynlərimizin əziyyətlərini doğruldarıq.

İmtahanlar təbii ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı tövsiyyələri nəzərə alınmaqla, sosial məsafəsinin qorunması, eyni binada imtahan verənlərin sayına məhdudiyyət qoyulmaqla  təşkil olunacaq.

Nəsimi Məmmədov DİM-in Gəncə Regional Bölməsinin müdiri:Bilirsiz ki, hər il olduğu kimi bu ildə DİM tərəfindən Respublikanın ümumitəhsil müəssələrində son sinifdə 11- ci sinifdə təhsil alan şagirdlər üçün buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur. Belə ki, buraxılış imtahanalarının keçirilməsi qrafiki DİM- nin  rəsmi internet saytında yerləşdirilibdir. Hər bir şagird və təhsil müəssəsinin rəhbərləri DİM- in rəsmi internet saytına daxil olaraq öz rayonları və məktəbləri üzrə imtahanların keçirilmə qrafikini əldə edə bilərlər. Belə ki, imtahanaların keçirilməsi bilirsiz ki, aprel ayının 15- i və 16-sı Gəncə şəhəri üzrə 2 gün davam etdiriləcək.

2020-ci ildən başlayan pandemiya ilə bağlı olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən bütün imahan proseslərinə gələn abitiruyentlər buraxılış vərəqəsi ilə bərabər özləri ilə bəyannamə də gətirməlidirlər.

Nəsimi Məmmədov DİM-in Gəncə Regional Bölməsinin müdiri: Bəyannamə DİM tərəfindən eyni qaydada eyni vaxtda verilir və həmin şagirdlər buraxılış vərəqəsi ilə bərabər özləri  imtahana gələrkən sağlamlıqla bağlı bəyannaməni qol çəkib, təsdiq edib və imtahana daxil olduqda təhvil verirlər. Şagirdlərin imtahanda iştirakı ilə bağlı isə  imtahana gələrkən şəxsiyyət vəsiqəsidir mütləq, imtahana buraxılış vərəqəsidir, bəyannamədir, diyircəkli yazacaq ruçkalar, qələmlərdir bunlarla imtahanda iştirak edə bilərlər.Çox istərdik ki, şagirdlər imtahana əlavə vasitələr deyək ki, mobil telofondu digər vasitələr ümumiyyətlə gətirməsinlər.

Psixoloji çətinliklərdən yayınmaq üçün nə etmək lazımdır?

Stres, depressiya, yorğunluq imtahana gedən şagirdlərin bir çoxunun üzləşdiyi əsas problemlərdəndir. Statistik hesablamalara görə, abituriyentlərin 96 faizi stres altında olur və bu da imtahanda istənilən uğurun əldə edilməməsinə səbəb yaradır. Nəticələrin yaxşı olmasını istəyənlər çətin bilik yarışından qalib çıxmaqla yanaşı, həm də stressi aradan qaldırmağı bacarmalıdırlar.  Bəs bütün bu çətinliklərdən maksimum yayınmaq üçün nə etmək lazımdır?

Sara Babayeva psixoloq:Ümumiyyətlə imtahan öncəsi yaxşı olar ki, bir psixoloqa müraciət etsinlər. Psixoloq onlara özgüvən versin. Birdə görürürk tələbə hər bir şeyi bilir, hazırdı. Amma həyacandan bildiklərini unudur. Ona görə heç bir sakitləşdirici, heç bir dərman qəbul etmək lazım deyil. Yaxşı olar ki, mütləq psixoloqa müraciət etsinlər. Və valideynlərin üzərinə böyük məsuliyyət düşür. Valideyn deməlidi ki, bu bir imtahandı, sənin üçün adi bir şeydi. Təhsil sənə lazımdı, amma sənə lazımdı. Bu sənin həyatın demək deyil. Sənin gələcəyin, sənin sağlamlığın hər şeydən önəmlidir. İmtahan öncəsi də tələbə çox qida yeməli deyil, bilirsiz ki, qan o zaman mədəyə toplaşır, beyin tam açıq olmalıdı.Imtahanı sakit və rahat vermək üçün  birinci növbədə axşam erkən yatmaq lazımdır. İmtahana girən günü heç bir dərs oxumaq, imtahana hazırlaşmaq lazım deyil.

İmtahanın necə keçməsindən asılı olmayaraq heç vaxt ruhdan düşməməyi və əzmlə çalışmağı tövsiyyə edir psixoloqlar.

Aişə Rzayeva