• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1243
— 13.04.2021 21:36

Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun qüdrət simvoludur

KepezTV Player

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin açılış mərasimində iştirak etdiyi Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevriləcək. Bu park Azərbaycan Ordusunun gücünün, qüdrətinin göstəricisi, eyni zamanda erməni işğalçı ordusunun biabırçı məğlubiyyətinin bütün dünyaya nümayişi olacaq.

Hərbi Qənimətlər Parkında Vətən müharibəsində Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi yer alıb. Ümumilikdə burada 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Parkda nümayiş edilən qənimətlər arasında könüllü olaraq ordu sıralarına yazılan Asəf Quliyevin döyüş meydanından çıxardığı texnikalar da var.

Göygöldən olan 31 yaşlı döyüşçü cəhbədə olarkən düşmənin Azərbaycan ordusundan qorxaraq qoyub qaçdığı 4 zirehli texnikanı və bir neçə nəqliyyat vasitəsini qənimət kimi ələ keçirib.

 

Parkda təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Millət vəkili Naqif Həmzəyev hesab edir ki, Hərbi Qənimətlər Parkı gələcək nəsillərə örnək, düşmənə əbədi gözdağı olacaq.

Hərbi Qənimətlər Parkı daim açıq müharibə meydanında Ermənistan dövlətini əzmiş Azərbaycan hərb maşınının qüdrət simvolu kimi təqdim ediləcək. Bu park uzun illər dövlətimizin əzəmətinin daha bir nümayişi olacaq.