• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2292
— 13.04.2021 20:30

Ermənistan XİN-in Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı bəyanatına cavab

KepezTV Player

Hərbi Qənimətlər Parkının açılışı və burada 44 günlük Vətən müharibəsi zamanı Ermənistandan qənimət götürülmüş və məhv edilmiş texnikanın nümayiş etdirilməsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin isteriyası bu ölkənin Azərbaycana qarşı qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir. Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı bəyanatına dair şərhində bildirilib.Azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən dövlət səviyyəsində törədilən məqsədyönlü dağıntı və talan siyasətinin nəticələri bu gün bütün dünyanın gözləri qarşısındadır.Faşist cəlladı Qaregin Njdeyə Yerevanda heykəl ucaldan, Birinci Qarabağ müharibəsi zamanı əli azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Monte Melkonyanı qəhrəmanlaşdıran, terrorçu Soqomon Teyleryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin insana nifrətdən danışmağa heç bir haqqı yoxdur.Ermənistan tərəfinin hər fürsətdə dilə gətirdiyi “hərbi əsirlər” mövzusu ilə bağlı, bir daha Ermənistan XİN-ə yalan və iftira dolu ritorikadan çəkinməyi məsləhət görürük. Ermənistan hökumətinin də imza atdığı üçtərəfli bəyanatdan bir ay sonra Azərbaycan ərazilərinə terrorçuluq məqsədilə göndərilən diversant qrupun üzvləri “hərbi əsir” hesab oluna bilməz - deyə bəyanatda qeyd edilib.