• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1004
— 13.04.2021 12:20

Gəncədə restoranda nöqsanlar aşkarlandı

KepezTV Player

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, Ş.İ.Xətai, 114 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Rövşən Qədim oğluna məxsus “Fantan” restoranında yoxlama keçiriblər. Müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb. Həmçinin müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçilərin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.