• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1887
— 13.04.2021 12:17

Qaydaları pozanlar hədəfə alındılar

KepezTV Player

Yol polisi Samux və Göygöl rayonlarında reydlər keçirib. Qaydaları pozaraq qanuna tabe olmayanlar inzibati məsuliyyətə cəlb olunub, həmçinin maarifləndiriliblər.

Samux rayonunda baş tutan reyddə əsas hədəf sürücülərin dayanma-durma qaydalarına düzgün riayət etmələri olub. Əsasən də rayon mərkəzində parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri yol polisi əməkdaşları tərəfindən maarifləndirilib. Qaydaları kobud şəkildə pozan sükan sahibləri barəsində isə inzibati protokollar tərtib olunub.

Analoji tədbir Göygöl rayonunda da təşkil olunub. Əsasən dayanma-durma, piyada keçidlərindən istifadə, piyadalara yol verilməsinin təmin edilməsi və digər zəruri qaydaların yerinə yetirilməsinə nəzarət edən polis əməkdaşları qayda pozuntuları aşkar etdikdə qanunamüvafiq tədbirlər görüblər. Həm piyadalar, həm də sürücülərə cərimələr yazılıb.

Aşkarlanan qayda pozuntuları nəticəsində Samuxda 15-dən çox vətəndaş inzibati məsuliyyətə cəlb olunub. Göygöl rayonunda isə 10-dan artıq sürücü cərimələnib. Bu cür reydlər davam etdirilir.