• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1940
— 13.04.2021 12:13

Peşə məktəblərinə direktor müavinlərinin işə qəbuluna başlanılır

KepezTV Player

İlk dəfə olaraq peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, müsabiqə peşə təhsil müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılacaq. Müraciətlərin qeydiyyatı aprelin 14-dən 21-dək portal.edu.az saytı vasitəsi ilə həyata keçiriləcək.

Müsabiqə elektron әrizәlәrin qәbulu, test imtahanı və müsahibә mәrhәləsindən ibarətdir. Seçim zamanı müvafiq vəzifə üzrə iş təcrübəsi və idarəçilik bacarıqlarının olması ümumi meyar olaraq qiymətləndiriləcək.