• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2252
— 12.04.2021 16:22

Gəncədə qayda pozan sürücü və piyadalar cərimələndi

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən reyd təşkil edilib. Heydər  Əliyev və Nizami Gəncəvi prospektlərində baş tutan reyddə müvafiq yeraltı və yerüstü keçidlərdən istifadə etməyən piyadalar və hərəkət qaydalarını pozan sürücülər aşkarlanaraq cərimələniblər. Yoxlamalar zamanı qaydalara tabe olmayan 40-dan çox vətəndaş inzibati qaydada məsuliyyətə cəlb edilib. Reydin əsas məqsədi piyadaların ölümü ilə nəticələnən hadisələrin qarşısını almaqdan ibarət olub. Bu cür reydlər qarşıdakı günlərdə də davam etdiriləcək.