• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2085
— 12.04.2021 12:18

Göygöldə qəza baş verib, 1 azyaşlı ölüb

KepezTV Player

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Rayon Mərkəzi Xəstəxanasının qarşısında “Xəzər” və “VAZ 2106” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan 2020-ci il təvəllüdlü Hüseynzadə Bahar Elnur qızı, 2019-cu il təvəllüdlü Hüseynzadə Uğur Seymur oğlu və daha bir azyaşlı müxtəlif bədən xəsarətləri alıblar. Xəsarət alan uşaqlardan biri, vəziyyəti ağır olan Bahar Hüseynzadə xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.