• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2387
— 11.04.2021 19:18

"Yaz xəstəlikləri" ilə necə mübarizə aparmalı?

KepezTV Player

Yaz aylarında, ağacların çiçək açması, tozlanmanın başlanması və havada uçan toz hissəcikləri ilə əlaqədar olaraq insanlarda allergik xəstəliklər yaranır və ya kəskinləşir. Buna görə də, yaza çox zaman "xəstəliklər fəsli" də deyilir. Bəs bu halın kəskinləşməməsi, ciddi problemlərin olmaması üçün nələrə diqqət etməliyik? İzləyək.

Bir neçə gün əvvəl müşahidə olunan güclü külək, havanın dəyişkən keçməsi, hazırda davam edən tozlanma dövrü bəzi xəstəliklərin kəskinləşməsi üçün əsl şərait yaradır. Burada söhbət, sözsüz ki, mövsümi allergiya və buna bağlı bir sıra problemlərdən, o cümlədən astmadan gedir. Yazda mövsümü xəstəliklər deyəndə, əsasən allergik xəstəliklər nəzərdə tutulur. Onlardan biri də palenozdur. Yəni çiçək tozuna qarşı alergiya.

Başqa fəsillərdə xəstələrə müqaviməti artırmaq üçün açıq havada çox gəzməyi məsləhət görürlər. Mütəxəsislər isə alergik xəstələr üçün, günün müəyyən saatlarında açıq havaya çıxmağı və maskadan istifadə etməyi məsləhət görür.

Mətanət Paşayevanın sözlərinə görə palinozdan əziyyət çəkən xəstələr əsasən məktəbə gedən uşaqlar və orta yaş qrupu insanlardır. Və belə xəstəliklərin təhlükəli olmaması üçün yeməklərə də diqqət edilməlidir.

Ona görə xəstələr müəyyən ərzaqlardan özlərini qorumalıdırlar. Əks halda vəziyyətləri ağırlaşa bilər.