• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 11.04.2021 19:28

Dövlət qulluğuna qəbul imtahan keçirilib

KepezTV Player

Gəncədə növbədi dəfə Dövlət qulluğuna qəbul imtahanı keçirilib. BB və BA növü üzrə imtahan şəhərin Məhəmməd Fizuli adına 22 nömrəli orta məktəbində təşkil edilib. İmtahanları izləmək üçün 14 nəzarətçi müəllim, 2 imtahan rəhbəri və 1 ümumi rəhbər ayrılıb. Gəncə və ətraf bölgələrdən dövlət qulluqçusu olmaq istəyən 196 nəfər qeydiyyatdan keçib ki, onlardan da 4 nəfəri imtahanda iştirak etməyib. Namizədlər 3 saat müddətində qanunvericilikdən 40 sualı, Azərbaycan dilindən 15, infarmatikadan 15 və məntiqi təəfəkkürdən 30 sualı cavanlayıblar. COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib. Nəticələr yaxın günlərdə açıqlanacaq.

Nəsimi Məmmədov - DİM-in Gəncə Regional Bölməsinin müdiri: Müsahibələrdə DİM tərəfindən tək Bakı şəhərində həyata keçirilmir. Pandemiyya şəraiti ilə bağlı müsahibələr onlayn həyata keçirlir. DİM tərəfindən müsahibələrin keçirilməsi üçün xüsusi proqram hazırlanmışdı ki, həmin proqram vastəsi ilə namizədlər DİM bütün regional bölmələrində onlar üçün lazımı şərait yaradılmışdı. Namizədlər rahat şəkildə iştirak edə bilirlər.