• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2300
— 11.04.2021 19:22

Pandemiya dövründə fotoqrafların fəaliyyəti

KepezTV Player

Hələ ötən ilin əvvəllərindən bütün dünyada olduğu kimi Azərbaycanda da geniş yayılmağa başlayan koronavirus pandemiyası səbəbilə bir çox fəaliyyət sahələri kimi fotoqrafların da işi çətinləşdi. El şənliklərinin, kütləvi tədbirlərin qadağan edilməsi əsas gəlir mənbəyindən uzaq etdi bu sahədə çalışanları. Pandemiyanın fotoqrafların fəaliyyətinə təsirindən olacaq növbəti sujetimiz.

Koronavirusun təsir etdiyi rəsmi və qeyri-rəsmi iş sahələri saymaqla bitmir. Azərbaycanda toylar hələ ötən ilin mart ayından etibarən dayandırılıb. Bu proses gəliri birbaşa toyların təşkil olunması ilə bağlı olan, çörəyi el şənliklərindən çıxan şəxslərə də təsirsiz ötüşməyib. Pandemiya dövründə məhz bu sahələrdə demək olar ki, minlərlə insan işini itirib.

Rəsmi və qeyri-rəsmi sahələrdə çalışan sakinlər karantin rejiminin yumşaldılmasının tərəfdarıdır. Bu sahələrdə nə qədər insanın çalışdığını nəzərə alsaq, məsələnin daha ciddi tərəfini görmək olar.

Qadağaların sağlamlığımız üçün tədbir olduğunu nəzərə alaraq və ölkədə xüsusi karantin rejiminin davam etdiyini əsas götürərək el şənliklərinin nə zaman bərpa ediləcəyini demək çətindir. Amma təsirlərini yaşamaq və ona uyğunlaşmaq məcburiyyətimiz davam edir.