• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2010
— 11.04.2021 19:34

15 prospekt və küçə dezinfeksiya olundu

KepezTV Player

Gəncədə koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir. İşlərə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin su çiləyici avtomobilləri, eləcə də canlı qüvvələri cəlb edilib. Şəhərin mərkəz, eyni zamanda ətraf prospekt və küçələrinə xüsusi hazırlanan dərman məhlulu çilənib. Nəqliyyat vasitələrinin və piyadaların hərəkət etdiyi ərazilər dərmanlanıb. Ümumilikdə 15 prospekt və küçə dezinfeksiya edilib.

İlqar Əsədov - mGəncə şəhər MKTİB-nin rəis müavini: Dezinfeksiya işləri ərazilərdə Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin xüsusi təlim keçmiş mabil qrupları tərəfindən həyata keçirilir. Yaşayış binalarının ətrafı, dayanacaqlar, bankamatlar, binaların girişi, liftlər, əhalinin təmasda olduğu bütün yerlər hamısı mütamadi olaraq dezinfeksiya işləri aparılır. Nə qədər pandemiyya davam edir biz bu tədbirləri həmin vaxta kimi davam etdirəcəyik.