• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 11.04.2021 19:40

Şəmkirdə yol polisi reyd keçirib

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün reyd keçirilib. Xəbərdarlıqlara baxmayaq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər saxlanılaraq barələrində inzibati protokol tərtib edilərək cərimələnib. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polislər tərəfindən müəyyən edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları da piyadalara yol verməyən sürücülərin, eləcə də yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi məqsədi ilə reyd keçiriblər. Q!aydalara əməl etməyənlərin barəsində inzibati protokol tərtib olunub.