• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 11.04.2021 19:05

15 ölkənin iştirakı ilə dəyirmi masa keçirilib

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada iştirak edib. Tədbirə dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələri qatılıblar. Nazir üçtərəfli bəyanatların icrasına maneə olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən məsələlər barədə iştirakçıları məlumatlandırıb, bu xüsusda Ermənistanın Azərbaycan ərazisinə hərbçilərini gizli şəkildə keçirmək cəhdləri, mina xəritələrinin Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist açıqlamaları və digər məsələləri vurğulayıb.Bölgədə Rusiya sülhməramlılarının rolu, beynəlxalq təşkilatların hazırkı prosesə mümkün töhfəsi, Azərbaycana qarşı aparılan dezinformasiya və saxta məlumatların yayılması ilə mübarizə və digər məsələlərdən danışılıb.