• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1133
— 11.04.2021 19:10

TDƏŞ nümayəndələri Ağdam və Gəncədə səfərdə olublar

KepezTV Player

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndə heyəti Ağdam şəhərinə səfər ediblər. Ağdam şəhər Cümə məscidində olan zaman vurğulanıb ki, rayondakı bütün abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir olunub, bəziləri isə erməniləşdirilib.***

Məsul nazirlər və yüksək vəzifəli rəsmilər ermənilərin viran qoyduğu "İmarət" qəbiristanlığında da olublar. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, həmçinin İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın məzarları olub.
Qonaqlar Dram teatrdakı dağıntılarla da tanış olublar.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Ağdama səfəri zamanı deyib ki, bu torpaqlara gələrkən Qarabağ zəfərinin necə böyük bir qalibiyyət olduğunu bir daha açıq şəkildə anlayıblar.

Fahrettin Altun - Türkiyə PA-nın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri: Əslində, buradakı zülmü, əziyyəti və barbarlığı gördük. Bu, bənzəri olmayan bir barbarlıqdır. Bunlara rəğmən, dünyanın, beynəlxalq təşkilatların necə ikiüzlü bir mövqe sərgilədiyini də gördük. Baxın, dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan ölkələrdən heç bir səs çıxmayıb. Ona görə də buradakı mədəniyyət abidələri məhv edilib. Bu abidələr, əslində, türklüyün və İslamın izlərini tamamən itirmək üçün ortadan qaldırılıb. Amma bunu bacarmadılar və bacara bilməyəcəklər. Çünki bu torpaqlar türklərin torpaqları, İslamın torpaqlarıdır".

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndə heyəti Ağdam şəhərinə səfərdə sonra Gəncədə də olublar. Qonaqları Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, millət vəkili Müşfiq Cəfərov və digər rəsmiləri müşahidə ediblər. Nümayəndələr ikinci Qarabağ müharibəsi zamanı ermənilərin atdığı raket nəticəsində dağılan ərazidə olublar. Zərər görən şəxslərlə söhbət edilib. Ermənilərin döyüş meydanından uzaqda, gecə vaxtı dinc əhalini hədəf alaraq məhv etməsi insanlığa sığmayan hadisə adlandırılıb. Xüsusi ilə də uşaqların öldürülməsi tarixi cinayətdir.

Asadjon Xocayev - Özbəkistanın Agentlik rəhbəri: Ermənistanın Gəncəni raket atəşinə tutmasının dəhşətləri ilə tanış olduq. Burda mülki şəxslər zərər görüb. Xüsusi ilə də uşaqlar. 21-ci əsrdə mülki əhalinin bu şəkildə hədəfə alınması yolverilməz və utancvericidir. Şadıq ki, bu müharibə yekunlaşıb. Azərbaycan torpağına sülh gəlib. Türk Şurasına üzv ölkələr bərpa prosesində Azərbaycana kömək edəcək. Bu yaxınlarda Özbəkistan Prezidenti bəyan edib ki, Özbəkistan inşaatçıları, mühəndisləri, mütəxəssisləri Dağlıq Qarabağda infrastrukturun, tarixi abidələrin, məscidlərin bərpasında aktiv iştirak edəcək. Özbəkistan uşaqların təhsil alması üçün Qarabağda təmənnasız məktəb tikəcək.

Piter Stary - Macarıstanın Türk Şurasındakı müşahidəçisi: Mülki əhaliyə qarşı edilən hücümların şahidi olduq. Təbii ki, bunlar təəssüf doğurur. Sevindirici hal odur ki, artıq bu hadisələr sona çatıb. Biz daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik.Bu gün Qarabağ bölgəsində də olduq. Ümid edirəm ki, yaxın vaxtlarda Qarabağda yenidənqurma işləri uğurla aparılacaq.

Qismət Gözəlov - Türk Şurası Baş katibinin müavini: Bu ilin aprel ayının sonuna doğrü Bakıda işğaldan azad edilmiş ərazilərdə bərpa işləri ilə bağlı Tük şurası çərçivəsində biznes forum keçiriləcəkdir. Məqsəd üzv ölkələrin iş adamlarının Dağlıq Qarabağın bərpası yenidən infrasturukturun qurulması üçün bir araya gəlmək və dəstək ifadə etməkdir.