• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2193
— 10.04.2021 17:14

Çaylarda gursululuq dövründə gözlənilən vəziyyət

KepezTV Player

Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət açıqlanıb. Yaz-yay gursululuq dövrü aprelin əvvəlindən başlayır və iyunun ortalarınadək davam edir. Qış aylarında yüksək dağlıq ərazilərdə toplanan qar ehtiyatları və yaz aylarındakı yağıntıların intensivliyi çaylarda gursululuq axımını təyin edir. Çayları qidalandıran qar ehtiyatlarını qiymətləndirmək məqsədilə mart ayı ərzində Böyük və Kiçik Qafqazın dağ, dağətəyi zonalarına təşkil edilən ekspedisiyalar zamanı 25 müxtəlif marşrut üzrə çay hövzələrində tədqiqat işləri aparılıb. Bu il Böyük Qafqaz çaylarının hövzələrində sululuq çoxillik normanın 80-93 faizini, Kiçik Qafqaz çaylarının hövzələrində isə normanın 68-95 faizini təşkil edib. Aparılan kompleks təhlillərə və meteoroloji proqnoz materiallarına əsasən bu ilin yaz-yay gursululuq dövründə transsərhəd çaylar üzrə Kür çayından Şəmkir su anbarına axımın çoxillik normanın 52-69, Qanıx çayının Cəlayir məntəqəsindən Mingəçevir su anbarına isə normanın 68-87 faizini təşkil edəcəyi gözlənilir. Kiçik Qafqaz - Daşkəsən-Gədəbəy-Göygöl çaylarında sululuğun çoxillik normadan az olacağı proqnozlaşdırılır.