• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1542
— 10.04.2021 16:37

"Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq"

KepezTV Player

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin toplantısı keçirilib. Türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, təlim kurslarının reallaşdırılması kimi məsələlər müzakirə olunub.

"Türkiyə və Azərbaycan mediaları çiyin-çiyinə səy göstərib

Türk Şurası çərçivəsində media platformasının yaradılmasına ehtiyac var. Prezidentin köməkçisi  Hikmət Hacıyev deyib ki, məqsəd həqiqətləri dünyaya çatdırmaqdır. Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyə mediası mühüm rol oynayıb.

Hikmət Hacıyev Prezidentin köməkçisi: 44 günlük vətən müharibəsində Azərbaycan xalqı və dövlətimiz bir daha da bunun şahidi oldu ki, dövlətimizə qarşı hibrid vasitələr daxil olmaqla psixoloji müharibə aparılırdı. Belə bir şəraitdə Azərbaycan mediası öz səyləri ilə ölkəmizin həqiqətlərini dünya mediasına çatdırmaq istiqamətində səylər göstərirdi və buxsusda Vətən müharibəsində Azərbaycana göstərdiyi siyasi, mənəvi dəstəyə görə qardaş Türkiyəyə bir daha təşəkkürümüzü bildirir, həmçinin də dövlət başçılarımız tərəfindən müəyyən olunmuş siyasi iradəyə uyğun olaraq qardaşım Fəxrəddin Altunun rəhbərliyi alıtında Türkiyə mediasının Azərbaycan mediası ilə çiyin-çiyinə bu savaş dövündə göstərdiyi çabaları da xüsusi olaraq qeyd etmək istərdik

"Əl-ələ verdikdə heç kim qarşımızda dura bilmir"

Toplantıda iştirak edən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun türkdilli dövlətlərə çağırış edib.

Fahrettin Altun Türkiyə PA rəsmisi: Türk dövlətlərinə çağırış edirəm ki, birlikdə yeni dönəmin imkanlarından faydalanaq. Bununla da qarşı-qarşıya olduğumuz hibrid təhdidlər mübarizə aparaq. 44 günlük Vətən müharibəsi dövründə Türkiyə və Azərbaycanın əməkdaşlığı bir daha göstərdi ki, əl-ələ verdiyimizdə heç nə və heç kim qarşımızda dura bilmir. Türkiyə və Azərbaycan arasında olan Ortaq Media Platformasını Türk Şurasına üzv digər ölkələrlə genişləndirməyi istəyirik. Bu platformada Kipr türklərinin də təmsil olunmasını istəyirik. Bununla bağlı bütün üzv və müşahidəçi dövlətlərlə əməkdaşlığı genişləndirməyi düşünürük. “Qarabağ Azərbaycandır!” deyərək, azərbaycanlı qardaşlarımızın sevincini bir daha bölüşürük”.

"Türkdilli dövlətlər bundan sonra da Azərbaycanın yanında olacaq"

Türk Şurasının Baş katibi Bağdad Amreyev isə türkdilli dövlətlərin bundan sonra da, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacağını, əlindən gələn dəstəyi göstərəcəyini deyib. O, Qarabağ savaşı zamanı Azərbaycan və Türkiyə arasındakı media sahəsində ortaqlığını nümunə göstərib. Bağdad Amreyev həmçinin bildirib ki, Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə "Yol xəritəsi" hazırlanır.

Bağdad Amreyev Türk Şurasının Baş katibi: Hədəfimiz bu ortaqlığı üzv dövlətlər arasında da tətbiq etməkdir. Nursultan Nazarbayev ümumi türk kanalı qurmağı tövsiyə etdi. 18 avqust 2015-ci ildə Astanadakı ilk toplantımızda media sahəsində əməkdaşlıqla bağlı protokolu, rəsmi xəbər agentlikləri arasındakı əməkdaşlıqla bağlı sazişi və s. lazımi hüquqi protokolları qəbul etdik. 2021-2022-ci illərdə media sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı dünən keçirilən iclasda işlər müzakirə edilib. Video materialların hazırlanması ilə bağlı da razılıq əldə edilib. Bu üzv dövlətlər arasında əməkdaşlığa daha da töhfə verəcək.

Azərbaycanda “Media haqqında” yeni qanun layihəsinin hazırlandığını deyən Hikmət Hacıyev vurğulayıb ki, qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib. Yeni qanun layihəsində bir sıra vacib məsələlər öz əksini tapıb. Toplantıda vurğulanıb ki, Türk Şurasına üzv dövlətlər sosial media sahəsində əməkdaşlıq etmək niyyətindədir.

Hikmət Hacıyev Prezidentin köməkçisi: Sosial mediada gedən, cəmiyyətimizin və insanlarımızın sosial-mənəvi durumuna təsir edə biləcək hallar var. Xüsusən bəzi erməni təbliğat dairələri sosial şəbəkələrdən istifadə edərək neqativ fikirlərin cəmiyyətə çatdırılması kimi hədəflər də güdürlər. Bu məsələ də əməkdaşlığımızın ilkin çalarları barədə geniş fikir mübadiləsi aparılıb”

Toplantı çərçivəsində  hesabat hazırlanıb. Burada dövlətlərin təklifləri yer alıb: Həmçinin Fəaliyyət Proqramı hazırlanıb. Sənəddə konkret sahələr üzrə əmək bölgüsü prinsipi üzrə əməkdaşlığın müxtəlif aspektlərini özündə ehtiva edən tədbirlər əks olunub.