• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2188
— 10.04.2021 10:19

Suriyada Türkiyə hərbçilərinə atəş açan terrorçular məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsi Suriyanın şimalındakı Tall-Rıfat rayonundan "Fərat qalxanı" əməliyyatı zonasında türk hərbçilərin mövqelərinə atəş açan PKK terror təşkilatının Suriya qanadı - YPG-nin dörd terrorçusunu məhv edib. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, Suriyanın şimalında vəziyyətin sabitliyini pozmağa çalışan terrorçular türk xüsusi təyinatlı dəstəsinin operativ əməliyyatı nəticəsində zərərsizləşdirilib. PKK terrorçuları 1984-cü ildən Türkiyədə qanlı cinayətlər törətməyə başlayıblar. 2020-ci ilin martına qədər Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin bu təşkilatın terrorçuları tərəfindən qətlə yetirilib. ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahılarına daxil edib.