• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2150
— 10.04.2021 11:38

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində  nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Elman Ələsgərovun  ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Elman Ələsgərov  yaşadığı evə göndərilib, onun barəsində cinayət işi başlanılıb.

Polis reyd keçirib

Bundan başqa polis əməkdaşları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlərdə, apteklərdə, fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda və şəhərdaxili sərnişindaşıma avtobuslarında gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirib. Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər. Tədbir zamanı polislər tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.