• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2008
— 10.04.2021 11:35

“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

KepezTV Player

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna daxil olan vəsaitin məbləği açıqlanıb. İndiyədək “YAŞAT” Fonduna 30 905 864,3 manat toplanıb. Həmin vəsaitdən 16 milyon manatı fiziki şəxslər, 14 milyon manatı isə hüquqi şəxslər tərəfindən ödənilib. Fonda daxil olan vəsaitin 17 965 368,66 manatı xərclənib.

Öhdəliyə götürülən 5 505 şəxsdən 4 391 nəfərinə dəstək göstərilib.Fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması, borc öhdəliklərinin qarşılanması, tibbi və təhsil xərclərinin ödənilməsi üçün istifadə olunub. Bundan başqa ev təmiri, bank borcları və digər məsələlərlə bağlı vəsait sərf edilib.