• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1565
— 09.04.2021 20:17

Yeni gübrənin sınağı aparılır

KepezTV Player

Keyfiyyətli məhsul əldə etməyin, eləcə də yüksək gəlir götürməyin ən vacib üsullarından biri də bitkilərə vaxtında, düzgün gübrələrin verilməsidir. Azərbaycan Dövlət Aqrar Universtetinin tədris təcrübə sahəsində Türkiyədən gətirilən yeni gübrənin sınağı buna hesablanıb. Üstünlüyü ilə digər gübrələrdən seçilən bu gübrənin təsərrüfatlarda istifadəsi də nəzərdə tutulur.

Türkiyədən gətirilən qumat gübrəsi maye halındadır. Onun tərkibində bitki üçün çox asan mənimsənilən bütün vacib qida elementləri var. Bu gübrə maye şəklində olduğu üçün bitkinin yarpağından kökünə kimi sirayətlənir. Nəticədə bitki asan formada elementləri qəbul edir.

Hüseyn İdrisov - ADAU-nun Bağçılıq kafedrasının müdiri: O adi gübrələrdən azotlu, fosforlu və digər gübrələrdən bunun mənimsəmə zamanı fərqi nədir? O gübrələr dənəvar şəklində olduğundan biz istifadə edəndə mütləq onu sulamağa ehtiyac olur ki, onlar torpaqda asan parçalansın. O gübrələrin çatmıyan ən vacib elementlərindən biri odur ki, artıq verəndə torpağın olan münbitliyi ölür. Şorlaşmaya gətirib çıxarır. Torpağa əks təsir göstərə bilir. Anca bu istifadə olunan elementlər əksinə torpağı münbitləşdirir.

Bu gübrəni bütün bitkilərdə tətbiq etmək mümükündür. Ancaq hər bitkinin öz miqdarına uyğun vurulmalıdır. Bunun üçün də mütəxəsislərin məsləhətlərinə əməl etmək vacibdir.

Hüseyn İdrisov - ADAU-nun Bağçılıq kafedrasının müdiri: Bu torpaqlar boz gilli torpaqlardır. Boz gilli torpaqlar humusla zəif olan torpaqlardı. Onun tərkibində olan bir element var ki, həmin qida torpaqda olan gilliyi parçalayır. Torpaq yumşalır, münbitləşir. Torpaq nə qədər yumşaq, münbit olarsa qida elementləri ilə zəngin olarsa bitki o qədər böyüyür və inkişaf edir. Məhsulun keyfiyyəti kəmiyyəti yaxşı olur.

Ekoloji cəhətdən heç bir zərəri olmayan gübrəni bitkilərə yalnız yetişmə dövrü ərzində tətbiq etmək olar.

Elnur Vahidoğlu