• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1278
— 09.04.2021 19:08

Ermənilər işğaldan azad olunan ərazilərdə tələ minalar qurublar

KepezTV Player

Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilən ərazilərdə 906 hektar əkin sahəsini minalardan təmizləyib. ANAMA-nın məlumatına görə, təmizlənmiş yerlər Ağdam, Zəngilan və Qubadlı rayonlarındadır. Həmçinin, "Ağıllı kənd" və "Ağıllı şəhər" layihəsi çərçivəsində təmizləmə əməliyyatına başlanılıb. İlkin mərhələdə 50 hektarda yaşayış sahəsinin salınması planlaşdırılır ki, artıq ərazinin 86 faizi təmizlənərək aidiyyəti üzrə təhvil verilib. Yerdə qalan 8 hektar ərazi isə bir neçə günə təmizlənəcək. Daha sonra yeni salınacaq yaşayış məntəqəsinin ətrafında olan kənd təsdərrüfatına yararlı torpaqların təmizlənərək təhvil verilməsi nəzərdə tutulur. İşğaldan azad edilən ərazilərdə, həmçinin evlərdə, obyekt və sair binalarda ermənilər tələ minalar da quraşdırıblar. Hətta onlar bu ərazilərdə iki minanı üst-üstə qoyub, 4-5 minanı bir yerə basdırıblar.