• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1924
— 09.04.2021 19:48

Komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib

KepezTV Player

"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib. Əlahiddə Ümumqoşun Ordunun birinci eşelon birləşmələrinin müdafiə zolağında müdafiə və əks-hücum tapşırıqlarının yerinə yetirilməsi mövzuları üzrə məşğələlər taktiki və taktiki-sıra formasında təşkil edilib. 44 günlük Vətən müharibəsi iştirakçılarının təcrübələrinin öyrənilməsi məqsədilə yüksəkliklərə hücumun təşkili və aparılması üçün döyüşün müxtəlif epizodları üzrə bölmələrin fəaliyyəti göstərilib.