• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1361
— 09.04.2021 16:00

Yeni yol 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək

KepezTV Player

Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində hazırda torpaq işləri aparılır. Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədi ilə 45 dairəvi boru və 25 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 7 yeni avtomobil körpüsünün inşası da planlaşdırılır. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Yeni yol işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.