• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 09.04.2021 15:37

Vergi orqanlarına işə qəbul üçün qaydalar dəyişib

KepezTV Player

Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqənin təşkili və keçirilməsi qaydası dəyişib. Prezident İlham Əliyevin imzaladığı “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmana əsasən, ərizənin daxil olduğu gündən 10 gün müddətində müraciət edənin vergi orqanlarına işə qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan müəyyən edilməsi məqsədilə Dövlət Vergi Xidməti tərəfindən yoxlama aparılacaq və nəticəsi barədə namizədə məlumat göndəriləcək. Əvvəllər bu müddət bir ay idi.